Dekabrın 26-da ABŞ-da qar yağması səbəbindən 1600-dən çox aviareys təxirə salınıb.
"Far.Az" xəbər verir ki, bu barədə agentlik ixtisaslaşdırılmış FlightAware portalının məlumatlarına istinadən məlumat yayıb.
Nyu-York şəhərində yerləşən Con Kennedi beynəlxalq hava limanı, Guardiya və Nyuark hava limanları fasilələrdən ciddi şəkildə təsirlənib.
Bu ərazilərə 23 sm-ə qədər qar yağacağı gözlənilir. Qeyd olunub ki, 19 mindən çox reys təxirə salınıb.
Bundan başqa Boston, Detroit və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunub.