AZ

Rayonda futbolçuları döymək istədilər, bu qərar verildi

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Xıdırlı"ya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, qərar komitənin iclasından sonra açıqlanıb.

Salyan təmsilçisinin azarkeşləri "Viləş"lə oyunda meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər.

Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün "Xıdırlı"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, "Xıdırlı" komandasının növbəti 2 oyunu öz azarkeşləri olmadan keçirəcək.

Seçilən
73
1
sportinfo.az

2Mənbələr