AZ

ABŞ da qar yağışı səbəbilə 1600 dən çox uçuş ləğv edilib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

26 dekabr tarixində ABŞ-da qar yağışı səbəbilə 1600-dən çox uçuş ləğv edilib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” ixtisaslaşmış “FlightAware” portalına istinadən məlumat verib.

Məlumatına görə, Nyu-York şəhərində yerləşən Con Kennedi Beynəlxalq Hava Limanı, LaQuardia Hava Limanı və Nyuark Hava Limanı fasilələrdən ciddi şəkildə təsirlənib. Bu ərazilərdə 23 sm-ə qədər qar yağacağı gözlənilirdi.

Həmçinin 19 mindən çox uçuşun təxirə salındığı bildirilir. Boston, Detroyt və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
4
apa.az

6Mənbələr