AZ

ABŞ alimləri duz dənəsindən kiçik avtonom robotlar hazırlayıblar

Bakı. Trend:

Pensilvaniya və Miçiqan universitetlərinin alimləri xariciidarəetmə olmadan proqramlaşdırıla və müstəqil şəkildə fəaliyyətgöstərə bilən miniatür avtonom robotlar hazırlayıblar.

Trend xəbər verirki, hər bir robotun ölçüsü təxminən 200 x 300 x 50 mikrometr təşkiledir ki, bu da onları duz dənəsindən belə kiçik edir.

Məlumata görə, mikrorobotlar miniatür kompüterlər və sensorlarlatəchiz olunub, işıq enerjisi ilə qidalanır və mürəkkəbtrayektoriyalar üzrə hərəkət edə bilirlər. Onlar temperaturdəyişikliklərinə reaksiya vermək, eləcə də davranışlarını ətrafmühit şəraitinə uyğunlaşdırmaq qabiliyyətinə malikdirlər.

Alimlərin bildirdiyinə görə, bu robotlar Selsi şkalası üzrədərəcənin üçdə biri dəqiqliyi ilə temperaturu avtonom şəkildə ölçəbilir. Bu imkan gələcəkdə ayrı-ayrı hüceyrələrin sağlamlıqvəziyyətinin izlənilməsi üçün yeni perspektivlər açır.

Seçilən
75
az.trend.az

1Mənbələr