AZ

Dünyanın ən uzun sürətli yol tuneli Çində istifadəyə verildi

BAKI, 27 dekabr. TELEQRAF

Sincan-Uyğur Muxtar Rayonunda yerləşən və sürətli avtomagistral üzərində inşa edilən “Tyanşan Şenli” tuneli rəsmi olaraq nəqliyyatın hərəkətinə açılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxuaya" agentiliyi məlumat yayıb.

Bildirilir ki, Urumçi–Yuli sürətli avtomagistralının bir hissəsi olan tunelin uzunluğu 22,13 kilometrdir və bu göstərici ilə o, dünyada sürətli şosse üzərində yerləşən ən uzun tunel hesab olunur. Tunel Sincan-Uyğur Muxtar Rayonunda Tyanşan dağlarının mərkəzi hissəsindən keçir və bu ərazidə yol vaxtını bir neçə saatdan təxminən 20 dəqiqəyə endirməyə imkan verir.

Beş il ərzində inşa edilən sürətli avtomagistralın ümumi uzunluğu 324,7 kilometr təşkil edir. Layihəyə qoyulan investisiyanın həcmi isə 46,7 milyard yuan (təxminən 6,63 milyard ABŞ dolları) olub.

Seçilən
39
teleqraf.com

1Mənbələr