AZ

Kiyevə kütləvi hava zərbələri endirilir

Kiyev, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-nə keçən gecədən başlayaraq Rusiya qoşunları Kiyev şəhərinə və vilayətinə kütləvi hava hücumu həyata keçirir.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, 5 saata yaxındır davam edən çoxkombinasiyalı hava hücumu zamanı Kiyevdə intensiv partlayış səsləri eşidilir. Hava hücumu zamanı müxtəlif tipli raketlər və zərbə dronlar tətbiq olunur.

Ukraynanın Energetika Nazirliyinin məlumatına görə, hava hücumunun əsas hədəfi enerji infrastrukturudur. Artıq Ukrayna paytaxtının bəzi ərazilərində qəza enerji kəsintiləri baş verir.

Hazırda Kiyevdə insanlar sığınacaqlarda məskunlaşıb.

Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobazaya ziyan dəyib.

Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5500 kvadratmetrlik anbarda yanğına səbəb olub. Həmçinin, kənddə 3 yük maşını yanıb, yaşayış binası dağılıb, daha 6 evə ziyan dəyib.

Buça rayonunun Nejloviçi kəndində yanğın baş verib və fərdi yaşayış evi yanıb.

Hücumun nəticələrinin aradan qaldırılması üçün səylər davam edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
82
4
azertag.az

6Mənbələr