AZ

Con Terri Çempionşip klubunu çalışdıra bilər

“Çelsi”nin və İngiltərə millisinin keçmiş müdafiəçisi Con Terri İngiltərənin ikinci divizionunda (Çempionşip) oynayan “Oksford Yunayted” klubunda baş məşqçi vəzifəsinə namizəddir.

Bu barədə İdman.Biz “The Sun” qəzetinə istinadən məlumat verir.

Klub sahibləri həmişə “Baller League”da “26ers” komandasını çalışdıran Terrini diqqətdə saxlayırlar. Lakin keçmiş müdafiəçi müstəqil idarəetmə karyerası qurur və onun namizədliyi “Oksford Yunayed” idarə heyəti tərəfindən nəzərdən keçiriləcək.

Çempionşipdəki 23 oyundan sonra “Oksford Yunayed” 22 xalla turnir cədvəlində 21-ci yerdədir. Komandanı düşmə zonasından yalnız üstün qol fərqi ayırır.

İdman.Biz
Seçilən
61
1
idman.biz

2Mənbələr