Avstraliyalıların 75%-dən çoxu miqrasiya siyasətinin sərtləşdirilməsini və ölkəyə girişin daha sərt şəkildə yoxlanılmasını dəstəkləyir.
"Far.Az" xəbər verir ki, bunu dekabrın 14-də Sidneydə baş vermiş terror aktından 10 gün sonra Resolve Strategic şirkətinin keçirdiyi sosioloji sorğunun məlumatları sübut edir.
Qeyd olunub ki, respondentlərin ən azı 76%-i immiqrasiya siyasətinin sərtləşdirilməsini və antisemitizm və ya ekstremist baxışlara görə bütün gələnlər üçün yoxlamanın tətbiqini dəstəkləyib.
Respondentlərin yalnız 7%-i belə təcrübənin tətbiqinə qarşı çıxıb.
Sorğu, həmçinin Sidney terror hücumundan sonra hökumətin həyata keçirdiyi digər tədbirlərin geniş ictimaiyyət tərəfindən dəstəkləndiyini göstərib.
Respondentlərin 70 faizi nifrət nitqi ilə bağlı qanunların sərtləşdirilməsini, 67 faizi isə yəhudi xalqına qarşı zorakılığı təşviq edənlərin daha sərt cəzalandırılmasını dəstəkləyib.
Sosioloqlar həmçinin müəyyən ediblər ki, bütün ekstremist təşkilatlara tam qadağa qoyulması ideyası respondentlərin 72%-nin dəstəyini qazanıb.
Sorğu iştirakçılarının 53 faizi Fələstinin müdafiəsi üçün ictimai tədbirlərin və etirazların qadağan edilməsini, respondentlərin daha 46 faizi isə Avstraliya məktəblərində Holokost tarixinin məcburi tədris edilməsi ideyasını dəstəkləyib.