AZ

“Pivə vaksini” icad edildi — alim immuniteti içki ilə yoxladı

ABŞ-da virusoloq Kris Bak qeyri-adi elmi təcrübə aparıb. O, pivə mayasına virusabənzər hissəciklər yerləşdirərək orqanizmdə immun cavab yarada bilən xüsusi “pivə vaksini” hazırlayıb.

"Ölkə.az" xəbər verir ki, alim bu ideyanı əvvəlcə öz üzərində və ailə üzvlərində sınaqdan keçirib. Təcrübə çərçivəsində beş litrədək bu xüsusi pivədən istifadə olunub. Sonradan aparılan analizlər immun sisteminin aktivləşdiyini, o cümlədən anticisimlərin formalaşdığını göstərib.

Kris Bak bildirir ki, bu üsul klassik vaksinləri əvəz etmək üçün deyil, lakin gələcəkdə müəyyən infeksiyalara qarşı əlavə qoruyucu mexanizm kimi istifadə oluna bilər. Hazırda alim eyni texnologiyanın başqa xəstəliklərə qarşı da tətbiqinin mümkün olub-olmadığını araşdırır.

Seçilən
103
1
olke.az

2Mənbələr