AZ

ABŞ şirkəti 24 metrlik avtonom yük gəmisi hazırlayır

Bakı. Trend:

Dəniz robototexnikası sahəsində fəaliyyət göstərən ABŞ-ın“Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24metr olan avtonom yük gəmisinin hazırlanmasını yekunlaşdırmaqüzrədir.

Trend xəbər verirki, gəmi karbon kompozitindən hazırlanmış iki qatlanan sərt qanadlatəchiz olunacaq. Bu qanadlar ənənəvi parça yelkənlərlə müqayisədəiki dəfə daha səmərəli işləyəcək. Gəmi minimal insan iştirakı ilətransatlantik keçidlər üçün nəzərdə tutulub.

“Clippership” gəminin layihəsini gəmi memarlığı sahəsindətanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten”ilə birgə hazırlayır. Təməlqoyma və tikinti işləri üçün Niderlandın“KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihədənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindəntəsdiqlənib və gəmi Malta bayrağı altında istismara veriləcək. Suyaburaxılma 2026-cı ilin sonuna planlaşdırılır və bundan sonraAtlantik okeanında genişmiqyaslı sınaqlara başlanacaq.

Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsinə hesablanıb.Layihənin əsas məqsədi külək enerjisindən istifadə etməklə dənizdaşımaları zamanı tullantıları azaltmaq, həmçinin avtonom gəmilərinsəmərəliliyini və etibarlılığını artırmaqdır. Bu yanaşma, ənənəvikonteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğukiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində mühümaddım hesab olunur.

Seçilən
57
az.trend.az

1Mənbələr