AZ

Tramp və Zelenskidekabrın 28-də görüşəcək

BAKI, 27 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp dekabrın 28-də ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin yaydığı ABŞ prezidentinin rəsmi qrafikində qeyd olunub.

Məlumata görə, ikitərəfli görüş Floridada, Palm-Biç şəhərində yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacaq. Görüş Palm-Biç yaxınlığında yerləşən Trampın şəxsi Mar-a-Laqo iqamətgahının olduğu ərazidə keçiriləcək.

Qeyd edək ki, Zelenski daha əvvəl Tramp ilə görüşdə ərazi məsələlərini, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ehtimalını və Zaporojye Atom Elektrik Stansiyasının istifadəsi ilə bağlı mövzuları qaldırmaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanmasına dair 20 maddəlik plan ABŞ və Ukrayna arasında artıq “90 faiz” razılaşdırılıb.

Seçilən
45
teleqraf.com

1Mənbələr