AZ

ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib

26 dekabr tarixində ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib.Bu barədə “Bloomberg" “FlightAware” portalına istinadən məlumat verib.

Məlumatına görə, Nyu-York şəhərində yerləşən Con Kennedi Beynəlxalq Hava Limanı, LaQuardia Hava Limanı və Nyuark Hava Limanı fasilələrdən ciddi şəkildə təsirlənib. Bu ərazilərdə 23 sm-ə qədər qar yağacağı gözlənilirdi.

Həmçinin 19 mindən çox uçuşun təxirə salındığı bildirilir. Boston, Detroyt və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunub.

Seçilən
25
4
anews.az

6Mənbələr