AZ

Qəlbin "bir isti addım"a ehtiyacı var

Qubanın Tüləkəran İnzibati Ərazi Dairəsi bir neçə kəndi birləşdirir. Bu dairəyə daxil olan kəndlərin hər birində müasir təhsil ocaqları var. Son illər kəndlərin  yolları da   təmir edilib. Bu gün çox rahatlıqla istədiyin əraziyə yol almaq mümkündür. 

Amma bizi maddiyyatdan daha çox mənəvi tərəf düşündürür. Kəndlərimizdə imkanı yaxşı olanlarla yanaşı, imkansız ailələr də var. Quba Rayon İcra Hakimiyyəti və "Biganə qalma" sosial təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə rayonun Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə kəndlərində "Bir isti addım" aksiyası həyata keçirilib. Təşkilatçıların  kəndlərdə apardıqları iş nəticəsində imkansız ailələr müəyyənləşdirilərək belə ailələrdən olan 1-4-cü sinif şagirdlərinə, ümumilikdə 200 uşağa  maddi yardım göstərilib. Aksiya  zamanı uşaqlara qış mövsümü üçün ayaqqabılar, geyim ləvazimatı və müxtəlif hədiyyələr təqdim edilib. Tədbirin sonunda uşaqlar arasında bilik yarışması, əyləncəli proqram və oyunlar təşkil olunub. 

Bütün dövrlərdə təhsilə göstərilən qayğı öz nəticəsini sonrakı zamanlarda göstərir. Odur ki, illər keçəcək, bu gün qayğı ilə əhatə edilən uşaqlar sabahın mühəndisi, müəllimi, dəyərli vətəndaşı olacaqlar. Onların hər biri sabah bu gün  göstərilən qayğıkeşliyi, yardımı əməlləri ilə doğruldacaqlar. 

Əlimirzə MEHTİYEV,

Zakir NOVRUZOV,

Quba rayonunun Möhüc kənd sakinləri

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr