AZ

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

“Barselona” və Polşa millisinin 37 yaşlı hücumçusu Robert Levandovski futbol karyerasının son illərinə qədəm qoyduğunu etiraf edib.

İdman.Biz xəbər verir ki, o, “Rymanowski Live” YouTube kanalında yayımlanan videoda 2026-cı ildə nələrə nail olmaq istədiyini açıqlayıb.

“Ümid edirəm ki, biz (Polşa milli komandası) iki seçmə oyunu keçirib dünya çempionatına vəsiqə qazanacağıq. Hər şeyə nail olmaq istərdim: Dünya çempionatında oynamaq imkanı, İspaniya çempionu və Çempionlar Liqası titullarını. Dərk edirəm ki, bunlar futbol karyeramın son illəridir” - Levandovski deyib.

2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off oyununda Polşa Albaniya ilə qarşılaşacaq. Əgər qalib gəlsə, Polşa millisi Ukrayna-İsveç matçının qalibi ilə oynayacaq.

İdman.Biz
Seçilən
40
1
idman.biz

2Mənbələr