BAKI, 27 dekabr. TELEQRAF
2025-ci ildə İran həbsxanalarında azı 1922 nəfər edam edilib, bu, əvvəlki illə müqayisədə 106 faiz artım deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə HRANA İsan Haqları Təşkilatının son hesabatında bildirilib.
Hesabata əsasən, 10 nəfərin ölüm hökmü ictimai şəkildə icra edilib.
Təşkilat bildirib ki, edamların 95 faizi gizli şəkildə həyata keçirilib və yalnız 5 faizi rəsmi media tərəfindən açıqlanıb.
Edam edilənlərin 87 faizi kişi, 3 faizi qadın olub, 10 faizin cinsi kimliyi isə müəyyən edilməyib.
“Həmçinin, bu il edam edilənlər arasında cinayət törətdiyi iddia edilən 18 yaşından aşağı olan iki nəfər də yer alıb”, - HRANA vurğulayıb.