AZ

Nikol Paşinyan: Kilsələrdə ayin zamanı II Qareginin adı çəkilməməlidir

BAKI, 27 dekabr. TELEQRAF

“Dekabrın 28-də Qarnidəki Müqəddəs Tanrının Anası Kilsəsində ayində (liturgiya) iştirak edəcəyəm. Mənim gözləntim ondan ibarətdir ki, bundan əvvəl irəli sürülmüş əsaslandırma və səbəblərə görə, ayin zamanı Ktriç Nersisyanın (katolikos II Qaregin – red.) adı çəkilməsin”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bəzi insanlar deyirlər ki, müxtəlif kilsələrdə ayinlərdə iştirak edərkən Ktriç Nersisyanın adı səslənəndə etiraz etmək istəyirlər. Bu mümkündürmü və icazəlidirmi? Məncə, bəli, bu mümkündür və icazəlidir. Çünki bu, legitim bir gözləntidir. Çünki özlərini ali dəyərlərə sahib və müəyyən qaydalarla yaşayan insanlar kimi təqdim edənlər bu qaydalara əməl etməyiblər, etmirlər və bu faktla üzləşməyə də hazır deyillər.

Biz - Erməni Apostol Kilsəsinin ardıcılları bu faktla bağlı təkcə mövqe formalaşdırmamalı, həm də bu mövqeni ifadə etməli, nəhayət, ondan irəli gələn praktiki nəticələrə nail olmalıyıq”, - baş nazir deyib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl dəfələrlə II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını bəyan edib. Baş nazir dini andını pozmaqda ittiham edən katolikosu könüllü vəzifəsini tərk etməyə çağırıb. O, bu səbəbdən kilsələrdə liturgiya zamanı II Qareginin adının çəkilməsini doğru hesab etmir.

Seçilən
36
2
teleqraf.com

3Mənbələr