BAKI, 27 dekabr. TELEQRAF
Gürcüstanda güclü qar səbəbindən Ermənistan sərhədinə aparan Axaltsixe-Ninotsminda yolu qoşqu və yarımqoşqular üçün müvəqqəti olaraq bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliy qərar qəbul edib.
Türkiyə sərhədinə gedənAxalkalaki-Kartsaxi yolunda da qoşqu və yarımqoşquların hərəkəti yasaqlanıb.