AZ

IFFHS klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda birinci yeri PSJ-nin (Fransa) baş məşqçisi Luis Enrike (222 xal) tutub.

"Çelsi"nin (İngiltərə) baş məşqçisi Entso Mareska (60 xal) ikinci, "Barselona"nı (İspaniya) çalışdıran Hans-Diter Flik isə (57 xal) üçüncü yerdə qərarlaşıb.

İlk "5-lik"də həmçinin "Bavariya"dan (Almaniya) Vensan Kompani (42 xal) və "Arsenal"dan Mikel Arteta (24 xal) yer alıblar.

Seçilən
32
6
bakivaxti.az

7Mənbələr