AZ

Dəqiq olan və olmayan

Azərbaycan futbolunda qəribəliklər tükənmir. Bu dəfə qeyri-adi addımı ilə “Araz Naxçıvan” ön plana çıxıb.

Belə ki, Naxçıvan klubu  baş məşqçisi Elmar Baxşıyevlə yolları ayırıb:

“Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb”.

Naxçıvanı təmsil edən klub avrokuboklarda mərhələ keçərək “Araz Naxçıvan”ın tarixinə düşən bir çalışdırıcının qəfil göndərilməsi, ardınca da bunun səbəblərinin ictimaiyyətə doğru-düzgün açıqlanmaması klubun peşəkar idarəçilikdən nə qədər uzaq olunduğunun göstəricisidir.

Elmar Baxşıyev bu komandanın Avropada tanınmasında əsas rol oynadı. Yerli çempionatda da nəticələr birmənalı olmasa da, ümumilikdə komandanın oyununda istək, nizam-intizam görünürdü. Və belə bir vaxtda, qış fasiləsinə az qalmış, onu göndərmək – ya şəxsi maraqların, ya da rəhbərliyin strateji düşüncə əskikliyinin nəticəsidir.

Hər bir halda bu ayrılığın bir məntiqi açıqlaması yoxdu. Lakin açıq qalan suallar çoxdu…

Klubun bu qərar üçün məntiqə uyğun bir arqument ortaya qoya bilməməsi rəhbərliyi haqlı olaraq tənqid hədəfi edib. 

Mövsümün qalan bölümündə “Araz Naxçıvan”ın avrokubok zonasına düşüb-düşməyəcəyi dəqiq olmasa da, bu idarəetmə, bu yanaşma ilə klubun uğur qazana bilməyəcəyi dəqiqdir.

Xəyal

Seçilən
43
idmanxeber.az

1Mənbələr