AZ

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları yarım milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kreditqoyuluşlarının həcmi 525,324 milyon manat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 841 minmanat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 39,4 milyonmanat və ya 8,1% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarınınorta faiz dərəcəsi 19,77%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 524,708 milyon manatımilli valyutada, 616 min manatı isə sərbəst dönərli valyutada (SDV)yerləşdirilib.

Eyni zamanda, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadirayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə7,1 milyon manat və ya 41,1%, ötən ilin eyni dövrü ilə müqayisədəisə 1,5 milyon manat və ya 6,3% artaraq 24,534 milyon manatabərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,37%təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 15,674milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəstdönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadirayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 549,858 milyonmanata çatıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanın cəmiregionları üzrə kredit qoyuluşlarının həcmi 29,685 milyard manatabərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 281,7 milyonmanat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,3milyard manat və ya 8,5% çoxdur.

Seçilən
58
1
az.trend.az

2Mənbələr