AZ

7-8 yaşa qədər uşaqlar üçün təhlükə - VALİDEYNLƏRİN DİQQƏTİNƏ

“Hazırda uşaqlar arasında virus nfeksiyalarının geniş yayılması müşahidə olunur. Bu xəstəliklər böyüklərdə də rast gəlinir, lakin uşaqlar, xüsusilə, 7-8 yaşa qədər olanlar infeksiyalara daha həssasdır və xəstəlik onlarda daha ağır gedişli olur”.

Bu sözləri “Yeni Sabah”a infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, bu yaş qrupunda yüksək qızdırma, ürəkbulanma kimi hallar tez-tez müşahidə olunur:

“Bunun əsas səbəbi həmin yaş qrupuna aid uşaqların xəstəliklərlə ilk dəfə qarşılaşmasıdır. Yəni onların immun sistemi bu infeksiyalarla yeni təmasda olur, hələ “tanışlıq mərhələsindədir” və buna görədə böyüklərlə müqayisədə daha zəif reaksiya verir. Nəticədə, xəstəlik daha ağır keçir”.

İnfeksionist qeyd edib ki, uşaqlarda bakterial angina zamanı badamcıqların (tonzillaların) böyüməsi, irinləməsi və boğazda kəskin ağrı müşahidə olunur:

“Bu infeksiyalara səbəb olan viruslar müxtəlif ola bilər: qrip virusu, adenovirus və s. Bundan əlavə, bakterial angina da mövcuddur.

Uşaqlarda bakterial angina zamanı boğazda badamcıqların (tonzillaların) böyüməsi, irinləməsi, üzərinin ağ ərplə örtülməsi, boğazda kəskin ağrı müşahidə olunur və bu vəziyyət yüksək qızdırma ilə müşayiət edilir. Eyni zamanda, bədəndə səpkilər də yarana bilər.

Qarın və bel nahiyəsində, eləcə də üzdə hiperemiya, yəni qırmızı səpkilərin olması müşahidə edilə bilər. Doğrudur, virus xəstəliklərində də səpkilər ola bilər, lakin bakterial xəstəliklərdə gediş daha ağır olur, səpkilər daha çox olur və boğazda irinli ərpin olması daha xarakterik əlamət sayılır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
40
4
yenisabah.az

5Mənbələr