AZ

Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb

Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən Gürcüstana daxil olmuş Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşamaq hüququ olan şəxslərə sosial-iqtisadi dəstək tədbirlərinin müddəti uzadılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin qərarı ilə ailə başına 300 lari (111,3 ABŞ dolları), adambaşına isə 45 lari (17 ABŞ dolları) məbləğində müavinət 1 aprel 2026-cı il tarixinədək veriləcək.

Digər qərara əsasən isə həmin tarixədək Ukraynadakı müharibəyə görə Gürcüstana daxil olan və ölkədə davamlı olaraq qalan Ukrayna vətəndaşları tibbi yardım da ala biləcəklər.

Seçilən
24
5
apa.az

6Mənbələr