2025-ci il dekabrın 27-də “Hilton” mehmanxanasında 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilir.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Mərasimdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Kollegiyanın rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər və xatirə şəkli çəkdiriblər.
Daha sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Səbuhi Məmmədov
XQ