AZ

Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü 25 santimetrə çatıb

Naxçıvan, 27 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının bəzi dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünən axşam saatlarından Şahbuz rayonunun Biçənək, Kükü kəndlərinə, Batabat yaylağına və Ordubadın Parağaçay qəsəbəsinə qar yağır. Qarın hündürlüyü Küküdə 3, Parağaçayda 4, Biçənəkdə 4, Batabatda isə 5 santimetr təşkil edir. Ordubadın dəniz səviyəsinə görə 3000 metr yüksəklikdə yerləşən dağlıq ərazilərində isə 25 santimetr hündürlükdə qar örtüyü qeydə alınıb.

 

Seçilən
54
azertag.az

1Mənbələr