Azərbaycanın futbol hakimləri Antalyada təlim-məşq toplanışı keçəcəklər.
Msport.az xəbər verir ki, toplanışa AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və AFFA-nın baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlimi üzrə müşaviri Fran De Bleker rəhbərlik edəcəklər.
Hazırlıq zamanı hakimlərə UEFA Hakimlər Komitəsinin üzvü nəzəri və praktiki məşğələlər keçəcək.
Ümumilikdə toplanışda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan 39 hakim və hakim köməkçiləri iştirak edəcək.