AZ

Politoloq: “Kremlin Azərbaycanla münasibətləri...”

“Xarici işlər naziri Ceyhun Bayramov dünən mətbuat konfransında bağlanan “Rus Evi” məsələsinə nöqtə qoyub. 

Nazirin sözlərinə görə, Rusiya təmsilçiləri ilə “Rus Evi” ilə bağlı ən son təmas bir neçə həftə öncə olub. Həmin təmaslar Rusiya tərəfindən yarımçıq ləğvetməylə bağlı idi. “Rus Evi” ilə bağlı yarımçıq və həll olunmayan məsələ qalmayıb”, - deyən Ceyhun Bayramov ləğvetmə prosesinin tam başa çatdığını bildirib”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

Politoloq qeyd edib ki, beləliklə, bu məsələ qapanıb:

“Halbuki bəzən Rusiyaya bağlı informasiya mərkəzləri “Rus Evi”nin yenidən fəaliyyətə başlayacağı barədə dezinformasiyalar yayırlar. Bakıda “Rus Evi”nin bağlanması Kremlə pis təsir edib. Çünki vaxtilə Kremlin təşəbbüsü ilə müxtəlif ölkələrdə yaradılan “Rus Evləri” Rusiyanın işğalçı maraqlarına xidmət etməli idi.

Bakıda “Rus Evi”nin qanunsuz fəaliyyət göstərməsinin və Rusiya xəfiyyələrinin mərkəzinə çevrilməsinin qarşısı alındı. Rəsmi Bakının “Rus Evi”ni qapatması qərarı başqa ölkələrdə fəaliyyət göstərən bir neçə “Rus Evi”nin qapadılması üçün müsbət örnək oldu.

Kreml bunu bizə bağışlamır. Bəlkə də Rusiya Prezidenti Vladimir Putinin verdiyi vədin əksinə olaraq raketlə vurulan Azərbaycan təyyarəsinə görə kompensasiya ödəməməsi və cinayətkarları cəzalandırmaması Bakıda “Rus Evi”nin və “Sputnik” agentliyinin qapadılmalarıyla əlaqəlidir. Halbuki bunlar eyni məsələlər deyil. 

Ceyhun Bayramovun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi məktubda cinayət işinə xitam verildiyi bildirilib. Demək, Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur”.

Cebheinfo.az"

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr