AZ

“Fənərbaxça”da Məhəmməd Salah “bombası” –

“Fənərbaxça” növbəti bombanı partlatmağa hazırlaşır. İstanbul klubu dünya ulduzu Məhəmməd Salahı heyətinə qatmaq üçün danışıqlara başlayıb. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Milliyet” qəzeti çıxış edib. KİV yazıb ki, hazırda “Fənərbaxça”nın məsul şəxsləri Salahın meneceri ilə danışıqlar aparır.“Milliyet”in iddiasına görə, bu transfer klub prezidenti Sadettin Saranın marağındadır. Üç gün əvvəl narkotik ittihamı ilə həbs olunan və bir gecə polis nəzarətində qalan Saran transfer bombası partlatmaqla “Fənərbaxça” azarkeşlərinin könlünü almaq istəyir.

Məlumatda o da qeyd olunur ki, “Liverpul” bu transferə isti yanaşır. London klubunun rəhbərliyi Sadettin Saranı “soymağa” həvəsli görünür.

Seçilən
24
metbuat.az

1Mənbələr