AZ

USAİD-in yerini FTB tutdu

AzVision.az xəbər verir ki, FTB-nin direktoru Keş Patel “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

“20 ildən çox uğursuz cəhdlərdən sonra biz FTB-nin Quver binasındakı qərargahını həmişəlik bağlamaq və işçiləri təhlükəsiz, müasir obyektə köçürmək planını yekunlaşdırdıq. Biz işə başlayandavergi ödəyiciləri 2035-ci ilə qədər açılmayacaq yeni qərargah üçün təxminən 5 milyard dollar xərcləmək perspektivi ilə üzləşmişdilər. Biz bu planı ləğv etdik”,- Keş Patel yazıb.

Onun sözlərinə görə, FTB-nin mənzil-qərargah bir neçə kvartal aralıda yerləşən Ronald Reyqan binasına köçəcək, Quver binası həmişəlik bağlanacaq. Qərargah işçilərinin əksəriyyəti təmir başa çatdıqdan sonra yeni binaya köçəcək və bəzi agentlər resursların yenidən bölüşdürülməsi siyasəti çərçivəsində “yerlərdə” işləmək üçün köçürüləcək.

FTB-nin mənzil-qərargahı 1975-ci ildə tikilmiş və 1924-cü ildən 1972-ci ilə qədər ona rəhbərlik etmiş kəşfiyyat idarəsinin keçmiş direktorunun adını daşıyan Con Edqar Quver binasında yerləşir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
42
1
azvision.az

2Mənbələr