AZ

Serdar Berdimuhamedov Azərbaycan səfirini təltif edib

Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovu təltif edib.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi məlumat verib. Prezidentin 24 dekabr 2025-ci il tarixli 613 nömrəli Fərmanına əsasən, Qismət Gözəlova "Türkmənistanın Neytrallığının 30 illiyi" yubiley medalı və "Türkmənistanın Daimi Neytrallığının 30 illiyi" xatirə gümüş nişanı təqdim edilib.

25 dekabr 2025-ci il tarixində Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad İli: Neytral Türkmənistanın Qətiyyətli Addımları" konfransında Baş nazirin müavini və xarici işlər naziri Rəşid Meredov medalları Qismət Gözəlova təqdim edib.

Almaz Həsənli

Seçilən
21
oxumeni.az

1Mənbələr