AZ

Əliyev klubu ilə müqavilə uzadır, Azərbaycana gəlmir 

Qırğıstanın “Ozqon” klubunda çıxış edən Orxan Əliyev Azərbaycana qayıtmaq istəmir.

İdmanxeber.az-a verilən məlumata görə, Premyer Liqa klublarından oyunçuya maraq olsa da, hücumçu təkliflərlə maraqlanmır. O, legioner həyatı yaşamağa davam edəcək.

30 yaşlı hücumçunun Qırğızıstan klubu ilə bu ayın sonu müqaviləsi başa çatır. Əldə etdiyimiz məlumata görə, Əliyev komandası ilə sözləşmə uzadacaq.

Xatırladaq ki, Əliyev cari mövsüm komandasının heyətində 9 oyunda çıxış edib və 7 qol vurub.

 

 

Seçilən
29
idmanxeber.az

1Mənbələr