AZ

“Şəfa”nın baş məşqçisi: “4-5 komanda çempionluq uğrunda mübarizə aparmağa qadirdi”

“Çətin oyun idi. MOİK əzmkar və texnikalı komandadır”.

Bu sözləri Birinci Liqa təmsilçisi “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis komandasının liqanın 12-ci turunda MOİK-ə qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.

“MOİK son 3 görüşdə 9 xal qazanmışdılar. Bərabər səviyyəli oyun keçdi. Belə matçlarda az səhv edən komanda qalib gəlir. İkinci hissədə öndə pressinqi artırdıq deyə rəqibi səhvlər etməyə məcbur etdik. Qış fasiləsində istər-istəməz bütün klublar heyətlərini gücləndirəcəklər. Buna görə də biz də mütləq güclənməliyik. Lider kimi yola davam etmək istəyiriksə, stabilliyi qorumalıyıq. Çempionatda əsas rəqibimiz olaraq tək “Səbail”in adı çəkilir, amma mənə görə 4-5 komanda çempionluq uğrunda mübarizə aparmağa qadirdi. Buna görə də hər rəqibə qarşı ciddi hazırlaşırıq”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Şəfa” 12 turdan sonra 30 xalla Birinci Liqada birinci pillədə qərarlaşıb.

İdman.Biz
Seçilən
35
1
idman.biz

2Mənbələr