AZ

Qazaxda fəaliyyəti qanunsuz olaraq bərpa edilən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə vədağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətindəsəlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini davametdirir.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu çərçivədə, 29may 2025-ci il tarixində Agentliyin müfəttişləri tərəfindən Qazaxrayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkarBədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsindəplanlı yoxlama aparılıb.

Yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən mayeqazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntularınaradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkaratəqdim edilib.

Lakin sonradan pozuntular aradan qaldırılmadan məntəqəninfəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxilolmuş məlumata əsasən Agentliyin müfəttişləri tərəfindən həminünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqinitapıb.

Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyinmüfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddətmüəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkaredilmiş pozuntuların göstərilən müddət ərzində aradanqaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun dahasərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıqedilib.

Seçilən
27
18
az.trend.az

10Mənbələr