AZ

Ölkəyə idxal olunan avtomobillərin sayı artıb

Son vaxtlar paytaxtda tıxaclarla bağlı yaranan problemin əsas səbəblərindən biri kimi ölkəyə idxal olunan avtomobillərin sayının artması göstərilir.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəyə 2016-cı ildə 4 991 minik avtomobili idxal olunubsa, bu rəqəm 2024-cü ildə 82 min 434-ə çatıb. 

2025-ci ildə Azərbaycana idxal olunan avtomobillərin sayı ilin sonuna yaxın 100 minə çatıb, yanvar-oktyabr aylarında 94 583 ədəd, yanvar-avqust aylarında 74 481 ədəd avtomobil idxal olunub ki, bu da əvvəlki illə müqayisədə ciddi artım olduğunu göstərir.

Seçilən
35
cebheinfo.az

1Mənbələr