AZ

Son illərdə hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib - İnam Kərimov

Bakı.Trend:

Son illərdə məhkəmə sahəsində qanunvericilik bazasıtəkmilləşdirilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərigenişləndirilib. Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb,hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib.

Trend xəbərverir ki, bu fikirləri bu gün Məhkəmənin və Məhkəmə-Hüquq Şurasınınsədri İnam Kərimov Vəkillər Kollegiyasının təntənəli mərasimindəçıxışı zamanı deyib.

O qeyd edib ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradanaktlarının indeksləşdirilməsi Qaydasının təsdiqi hüquq ictimaiyyətiüçün mühüm əhəmiyyət kəsb edir.

"Bu günədək Ali Məhkəmənin icraatında olan işlər üzrə 180-dənçox məhkəmə aktı indeksləşdirilərək rəsmi internet səhifəsində dərcedilib.

Bu aktlar cinayət, mülki, inzibati, kommersiya işlərini əhatəedir və vəkillər üçün məhkəmə təcrübəsinin əvvəlcədən öyrənilməsibaxımından əhəmiyyətli hüquqi mənbə rolunu oynayır",-deyə o əlavəedib.

Seçilən
26
2
az.trend.az

3Mənbələr