İspaniyalı keçmiş hakim Xavyer Estrada Fernandes Kriştiano Ronaldonu meydandan qovduqdan sonra hiss etdiyi təzyiq barədə danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə özünün “YouTube” kanalında danışıb.
“2009-cu ildə Kriştiano Ronaldonu meydandan qovandan sonra, təxminən iki il “Real Madrid” oyunlarını idarə etmədim. Həmin oyundan evə sonra hakimlər komitəsinin sədri Sançes Arminio evə girdikdən 10 dəqiqə sonra mənə zəng etdi. O, baş verənlərdən xoşu gəlmədiyini, hadisənin idman qəzetlərinin birinci səhifəsində yer alacağını və nəticələrinin olacağına işarə etdi ” , – keçmiş hakim bildirib.
“Futbolun heç kimin bilmədiyi və ya insanların bilmək istəmədiyi qaranlıq bir tərəfi var və bundan başqa məqsədlər üçün istifadə edənlər də var”, – hakim əlavə edib.