Bakı. Trend:
“Liverpul” mövsümün sonuna qədər PSJ-nin hücumçusu QonsaluRamuşu icarəyə götürmək imkanını nəzərdən keçirir.
Trend xariciKİV-ə istinadın xəbər verir ki, “qırmızılar”ın rəhbərliyiAleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçüntransfer bazarına çıxmağa məcbur qalıb.
Portuqaliyalı forvardın Paris klubu ilə mövcud müqaviləsi 30iyun 2028-ci ilə qədər qüvvədədir.
“Transfermarkt” portalı onun transfer dəyərini 35 milyon avroolaraq qiymətləndirir.
Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində 23oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.