AZ

Həsən Bağırov: Bu hüquq və azadlıqların daha səmərəli müdafiəsinə xidmət edir

"Bütün vəkilləri təbrik edirəm. Vəkil cəmiyyətlə dövlət arasında etimad körpüsüdür".

Teleqraf xəbər verir ki, bunu Vəkil Günü peşə bayramı münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov deyib.

"Azərbaycan vəkilliyi uzun müddət ərzində inkişaf yolu keçib. Vəkillik institutunun formalaşdırılması zəruri olub. Vəkillik institutu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vəkillik institutunun gücləndirilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə aparılan islahatlar nəticəsində vəkillərin sayı artmış, onların peşə fəaliyyəti daha da gücləndirilib.

İnsan hüquq və azadlıqlarının qorunması, ölkəmizdə hüquq sahəsinin inkişafı istiqamətində mühüm addımlar atılıb.

Xüsusilə, 2018-ci il 3 aprel tarixində bu sahənin inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılması aparılan islahatların davamlılığını təmin edib.

Görülən tədbirlər vəkilliyin nüfuzunun yüksəldilməsinə, hüquq və azadlıqların daha səmərəli müdafiəsinə xidmət edir. Müasir dövrdə hüquq sisteminin inkişafında vəkillik institutunun rolu danılmazdır".

Seçilən
34
teleqraf.com

1Mənbələr