"Mingəçevir"də maddi sıxıntı düzəlmək bilmir.

Rekord.az xəbər verir ki,  futbolçular 4 aya yaxındır ki, maaş ala bilmir.

Bütün bunlar komandanın nəticələrinə də mənfi təsir edir. Bu gedişlə "Mingəçevir" qışdan sonra iddiasından da əl çəkməli olacaq. Son məlumatlara görə, ASTA da kluba sponsorluqdan imtina edir. Onsuz da məlum hadisələrdən sonra onlar klub saxlamaq iqtidarında deyillər. Bu mənada böyük ehtimalla komanda yalnız AFFA-dan gələcək vəsaitin hesabına yaşayacaq.