AZ

Azərbaycan vəkillərinin ümumi sayı 2 836 nəfərə çatır - Anar Bağırov

Bakı.Trend:

Bu gün vəkillik institutunun gələcəyini formalaşdıran mühüm birmərhələnin şahidiyik. 60 yeni vəkilin and içməsi ilə Azərbaycanvəkillərinin ümumi sayı 2 836 nəfərə çatır.

Trend xəbərverir ki, bu fikirləri bu gün Kollegiyanın sədri Anar BağırovVəkillər Kollegiyasının mərasimində çıxışı zamanı deyib.

“Onlardan qadın vəkillərin sayı – 633, kişi vəkillərin isə –2203 nəfərdir. Ümumilikdə 2025-ci il ərzində keçirilmiş testimtahanlarında 823 nəfər namizəd iştirak etmişdir ki, onlardan 420nəfəri uğur qazanıb. Bu münasibətlə vəkilliyə qəbul prosesininşəffaf və obyektiv keçirilməsində mühüm rol oynayan Vəkillərinİxtisas Komissiyasına təşəkkürümü bildirirəm”, - o əlavə edib.

A.Bağırov vurğulayıb ki, vəkil vətəndaşı qanundan deyil, qanunpozuntusundan müdafiə edir.

“Vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə,vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamınınartmasına xidmət edir. Məhz buna görə vəkillik yalnız peşəfəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığıməsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaqnöqtəsi kimi çıxış edir”,- deyə sədr vurğulayıb.

Seçilən
108
3
az.trend.az

7Mənbələr