AZ

Bu tarixdə Türkiyə-Ermənistan sərhədi açılır

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Baş nazir Nikol Paşinyana yeni təkliflərini göndərib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır.

Qeyd edilir ki, 2026-cı il yanvarın 1-dən etibarən Ermənistan-Türkiyə sərhədi diplomatik pasport sahibləri, eləcə də üçüncü ölkə vətəndaşları üçün açıq olacaq.

“Lakin Türkiyə yüklər üçün sərhədləri açmağa hazır deyil. Onlar son mərhələdə qərara gəliblər: Türkiyədən Ermənistana Gürcüstan ərazisindən keçən yüklərin müşahidə sənədlərində son təyinat məntəqəsi bundan sonra əvvəlki kimi Gürcüstan deyil, Ermənistan göstəriləcək.

Həmçinin bildirilib ki, Türkiyə ikitərəfli diplomatik münasibətlərin qurulması ilə bağlı protokol hazırlayıb. Ancaq Ankara Paşinyanın sənədi imzalamaq üçün şəxsən Türkiyəyə səfər etməsini tələb edir”.

“Hraparak” yazır ki, Kılıç dəmir yolu ilə bağlı başqa bir tələb də irəli sürüb:

“Onlar Ermənistandan təcili olaraq Yerasxdan (Arazdəyən) Azərbaycan sərhədinə və Axurikdən (Türk Qarakilsəsi) Türkiyə sərhədinə qədər dəmir yolunun tikintisinə başlamağı tələb ediblər.

Lakin Ermənistan büdcəsində belə bir maliyyə vəsaiti olmadığı üçün Paşinyana 2038-ci ilə qədər qüvvədə olan Cənubi Qafqaz Dəmir Yolunun Konsessiya Müqaviləsindən istifadə edərək bu işi Rusiya tərəfinə həvalə etmək təklif edilib. 

Mənbəmiz deyir ki, Paşinyanın bir neçə gün əvvəl Rusiyaya səfər etməsinin əsas səbəbi Rusiyanın dəmir yolunun tikintisini öz üzərinə götürməsi olub və o, bu barədə son hökumət brifinqində də danışıb.

Bildirilir ki, Paşinyan Putini bu hissələrin Rusiya vəsaiti hesabına tikiləcəyinə inandıra bilib. Təbii ki, Rusiya da əks tələblərini irəli sürüb və bəlkə də Paşinyanın razılığını alıb”.

Seçilən
34
cebheinfo.az

1Mənbələr