AZ

“Mançester Yunayted” Fransa millisinin üzvünü transfer edəcək

“Roma”nın yarımmüdafiəçisi Manu Kone yayda klubu tərk edə bilər.

Msport.az xəbər verir ki, fransalı futbolçunun “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, transfer sözləşməsinə görə, əvəzində İngiltərə klubunun hücumçusu Coşua Zirkzee İtaliya paytaxtına yollanacaq.

Kone özü “Mançester Yunayted”də çıxış etmək arzusundadır.

Ötən yay “İnter” 24 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro təklif etsə də, “Roma” bundan imtina etmişdi.

Konenin oaytaxt klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Seçilən
22
msport.az

1Mənbələr