Xankəndi. Trend:
Dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyininvə nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük vəTəchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il kəndtəsərrüfatı yarmarkası keçirilir.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə,yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışınadəstək göstərmək, eyni zamanda əhalinin keyfiyyətli kəndtəsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təminedilməsidir.
Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarındangətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarınısatışa çıxarıblar. Təklif olunan məhsullar bazar qiymətlərindənaşağı qiymətlərlə təqdim edilib ki, bu da alıcıların marağına səbəbolub. Gün ərzində yarmarkada müşahidə olunan canlanma sakinlərintəşəbbüsü müsbət qarşıladığını göstərib.
Doğma torpaqlarda təşkil olunan yarmarka şəhər sakinlərindəbayram əhval-ruhiyyəsi yaradıb, həm yerli istehsalçıların, həm dəistehlakçıların məmnunluğunu təmin edib.