“Real”ın prezidenti Florentino Peres fransız mütəxəssis Zinəddin Zidanı yenidən İspaniya təmsilçisinə qaytarmaqda qətiyyətlidir.
QOL.az xəbər verir ki, bu barədə kluba yaxın mənbələrə istinadən “RMadrid actu” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Peres 53 yaşlı məşqçini Fransa milli komandası ilə mümkün ilkin müqavilədən imtina etməyə və 2026-cı ildə “Real”a baş məşqçi kimi qayıtmağa razı salmaq istəyir.
Zidan “Real”da 2013/14 mövsümündə baş məşqçinin köməkçisi kimi çalışıb, əsas komandanı isə 2016–2018 və 2019–2021 illərində çalışdırıb. Onun rəhbərliyi altında “kral klubu” iki dəfə İspaniya çempionu, üç dəfə isə Çempionlar Liqasının qalibi olub.
2025-ci ilin may ayından etibarən “Real”a Xabi Alonso rəhbərlik edir. 2025/26 mövsümünün La Liqasında 18 turdan sonra “ağ-qaralar” 42 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.