AZ

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq - Sabahın HAVASI

Bakı. Trend:

Dekabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitiningün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatyayıb.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağışın suluqarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyiaxşam mülayimləşəcək.

Havanın temperaturu gecə 2 dərəcədən 4 dərəcəyədək, gündüz 5dərəcəyədək olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbirütubət 80-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrıyerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılartədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir dumanolacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 5dərəcədən 8 dərəcəyədək, dağlarda gecə 6 dərəcədən 11 dərəcəyədək,gündüz 0 dərəcədən 5 dərəcəyədək şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalıvar.

Məqalədə:
Seçilən
60
49
az.trend.az

10Mənbələr