Amerikalı məşhur müğənni Niki Minajın İnstaqram hesabı bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, hesab müğənninin Kaliforniya qubernatoru Kevin Nyusoma qarşı çıxmasından sonra bloklanıb. O, siyasətçini yetkinlik yaşına çatmayanlara transgender məsələlərini təbliğ etdiyinə görə tənqid edirdi.
Bildirilib ki, @nickiminaj hesabına keçid edilən zaman profilin əlçatmaz olduğu barədə mesaj görünür.
Sənətçi əvvəllər bildirmişdi ki, yetkinlik yaşına çatmayan amerikalılar arasında transgender gündəmini təbliğ etmək Nyusomun siyasi karyerasının sonunu gətirəcək.