AZ

Avropa təşvişdə: Zelenski-Tramp görüşü gözlənilməz sonluqla bitə bilər

BAKI, 27 dekabr. TELEQRAF

Avropada bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşün gözlənilməz nəticələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıq var.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Avropa liderləri Kiyev və Vaşinqton arasındakı münasibətlərin hazırkı dinamikasını məhsuldar hesab edirlər. Amma ABŞ Prezidenti ilə istənilən görüşün nəticəsinin gözlənilməz olmasından narahatdırlar.

NATO rəsmisi CNN-ə deyib: “Trampla həmişə risk etmək lazımdır”.

Seçilən
37
1
teleqraf.com

2Mənbələr