AZ

ABŞ-də rekord: Kaliforniyada 72 saat yağış yağıb

ABŞ-nin Kaliforniya ştatına şiddətli qasırğanın gətirdiyi leysan 72 saat ərzində Los-Ancelesə yarım illik yağıntı miqdarını gətirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, normadan artıq yağan yağış daşqınlara və torpaq sürüşmələrinə səbəb olub, riskli ərazilərdə yaşayanlara təcili təxliyə göstərişləri verilib.

Ümumilikdə, ştat ərazisindəki sel və torpaq sürüşmələri nəticəsində azı 3 nəfər həyatını itirib. Ölənlərdən birinin yerli şerif müavini olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
7
olaylar.az

8Mənbələr