AZ

Özgür Özəldən “Prezidentliyə namizədlik” açıqlaması

Özgür Özəl prezidentliyə namizədliklə bağlı müzakirələrə münasibət bildirib.

"Yeni Sabah" “Nefes”ə istinadla xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin (Cumhuriyet Halk Partisi) sədri hazırda namizəd olmaq iddiasında olmadığını bildirib.

O əlavə edib ki, CHP-nin əsas namizədi İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırda həbsdə olan sədri Əkrəm İmamoğludur.

 “Deyilənə görə, Rəcəb Tayyib Ərdoğan qarşı namizəd olaraq sizi istəyir” sualına cavabında Özgür Özəl deyib ki, ilk gündən prezidentliyə namizədlik iddiası “olmayıb”.

“Əkrəm İmamoğlunun universitet diplomunun ləğvi problemi aradan qaldırılarsa, CHP seçkilərə onunla gedəcək. Əks halda, Ərdoğanı məğlub edəcək gücdə bir namizəd ortaya qoyacağıq”, ana müxalifət partiyasının lideri bildirib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
46
1
yenisabah.az

2Mənbələr