AZ

Los-Ancelesdəki evlərində yanan sərvətləri açıqlandı

Bu ilin yanvarında ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən güclü yanğında evi məhv olanlar arasında türkiyəli cütlük Kenan Doğulu və Beren Saat da yer alıb.

"Cebheinfo.az" xəbər verir ki, türk mediası cütlüyün evində yanan dəyərli əşyaların siyahısını ortaya çıxarıb. Bildirilib ki, birmərtəbəli villada bir çox özəl əşya olub. 

Kənanın 1 milyon dollar dəyərində olan musiqi studiyası evin işində külə dönüb. İfaçının dünyanın məşhur musiqi muzeylərindən aldığı 15 ədəd limitli istehsal olunan gitara məhv olub. Beren Saatın toyunda geyindiyi gəlinlik, toya məxsus bütün foto və video arxiv evdə yanıb. 

Onların illərdir topladığı rəsm əsərləri və heykəlləri də yanan evdə olub. (Axşam.az)

"Cebheinfo.az"

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr