AZ

LDU-da “Yeni il karnavalı” - FOTOLAR

Lənkəran Dövlət Universitetinin(LDU) geniş Akt zalında 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2026-cı il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib.

Adalet.az xəbər verir ki, tədbir LDU-nun uğurlarını əks etdirən video-çarxın nümayişi ilə başlanıb.  Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-nun və universitetin nəzdindəki  Sosial və Aqrar Texnoloji Kollecin professor, müəllim, tələbə və işçi heyətinə ünvanladığı təbrik məktubunu Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Ramiz Şəmmədov təqdim edib.

LDU-da keçirilən tədbirlərdə fəal iştirak edən universitetin musiqi müəllimliyi ixtisasının sonuncu tədris ili tələbələrinə rektorun “Təşəkkürnamə”si,  tarix müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Jalə Şahmarovaya isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası keçirdiyi müsabiqədə III yeri tutduğu üçün sözügedən qurumun mükafatları təqdim edilib.

Şaxta baba və Qar qızın qonaq olduğu bu ilki “Yeni il karnavalı” nda universitet kollektivinin sevincinə Lənkəran şəhər O. Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin balacaları şərik olublar. Balacalar tədbir boyu şeirləri, mahnıları ilə karnavala şux ovqat, rəngarənglik qatıblar. Şaxta baba və qar qız onlara yeni il hədiyyələri təqdim ediblər.

“Yeni il karnavalı”nda Lənkəran Dövlət Universitetinin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Karnaval şux mahnılar, maraqlı səhnəciklərlə yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi, ovqatı bəxş edib. 

Karnaval tələbələrin ifasında “Azərbaycan” mahnısının möhtəşəm ifası və “Yallı” rəqsi ilə yekunlaşıb.
 

Seçilən
42
3
adalet.az

10Mənbələr